Leao “Real”la “Çelsi”yə “yox” dedi
26.04.2023 - 16:54
Leao “Real”la “Çelsi”yə “yox” dedi

“Milan”ın futbolçusu Rafael Leao aldığı təkliflərdən ikisindən imtina edib.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı hücumçu “Real”la “Çelsi”yə keçməkdən boyun qaçırıb.

24 yaşlı forvard “Milan”da qalmaq istəyindədir. Onun müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Leao yeni anlaşma imzalamaq fikrindədir.

Qeyd edək ki, Rafael mövsümün 41 matçında 13 qol və 9 assistə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0