AFFA “Qəbələ”nin şikayətini təmin etmədi
17.01.2024 - 17:57
AFFA “Qəbələ”nin şikayətini təmin etməyib.
Apasport.az quruma istinadla xəbər verir ki, bu barədə Apelyasiya Arbitraj Tribunalının iclasında qərar qəbul edilib.
Xatırladaq ki, region təmsilçisi Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən “Səbail”lə səfər oyununda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan Samuel Tettehin cəzası ilə bağlı apelyasiya verib.
İntizam Komitəsi onun 2 oyun şərti olmaqla 4 matçlıq cəzalanması, “Qəbələ”nin 3000 manat cərimə edilməsi barədə qərar verib.
Qeyd edək ki, Tribunal klubun şikayətini təmin etməyərək qərarı qüvvədə saxlayıb.
0
0