AFFA Rauf Allahverdiyevi milliləşdirmək istəyir
21.08.2024 - 17:36
AFFA Rauf Allahverdiyevi milliləşdirmək istəyir

AFFA Qazaxıstanda dünyaya gələn Rauf Allahverdiyevi milləşdirmək istəyir.

Apasport.az-ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl onun Azərbaycan yığmasında oynamaq ehtimalı olsa da, Qazaxıstan yığmasında oynamağa üstünlük verən Allahverdiyevin Azərbaycanın U-19 yığmasına cəlb olunacağı gözlənilir. 

Qazaxıstanın U-17 yığmasında çıxış edən 17 yaşlı mərkəz hücumçusunun fikrini dəyişib-dəyişməyəcəyi bəlli deyil.

AFFA əslən azərbaycanlı olan futbolçunu Azərbaycan yığmasına qazandırmaq istəyir. Buna görə də, onunla danışıqlar aparılacaq.

1,86 sm boya malik futbolçu “Jenis”ə məxsus olsa da, “Okjetpes” komandasına icarəyə verilib. Onun “Jenis”lə müqaviləsi 2025-ci il dekabrın 31-nə qədərdir. 

AFFA Allahverdiyevin öncə U-19, daha sonra U-21 yığmamıza cəlb olunmasını istəyir. İlin sonuna qədər bunun cavabı bəlli olacaq.
 

writer photo
Əlirza Əlirzalı
0