AFFA Region Liqasında bürünc mükafatçı müəyyənləşib
20.05.2024 - 12:08
AFFA Region Liqasında bürünc mükafatçı müəyyənləşib

AFFA Region Liqasında üçüncü yer uğrunda oyun keçirilib.

Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, “Göyəzən” və “Ümid” komandaları üz-üzə gəliblər.

“ASCO Arena”da baş tutan görüşdə 7:2 hesablı qələbə qazanan “Ümid” kollektivi bürünc medallara sahib olub.

Medalları veteran futbolçu, milli komandanın skautu İlqar Qurbanov təqdim edib.

Qeyd edək ki, AFFA Region Liqasında final oyunu mayın 24-də Şamaxı şəhər stadionunda “Şimal” və “Hypers” kollektivləri arasında keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0