Antonio Konfrans Liqasının ən yaxşısı oldu
10.03.2023 - 23:39
Antonio Konfrans Liqasının ən yaxşısı oldu

Avropa Konfrans Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az xəbər verir ki, UEFA-nın saytında keçirilən səsvermədə "Vest Hem"in oyunçusu Mixail Antonio 1-ci olub.

Qeyd edək ki, Yamayka millisinin hücumçusu olan Mixail Antonio Konfrans Liqasının 1/8 finalında AEK-lə səfər matçında (2:0) dubl edib.

writer photo
Əlirza Əlirzalı
0