Ağatahir Əzimova yeni vəzifə
01.11.2023 - 16:17
Ağatahir Əzimova yeni vəzifə verilib.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.
O, futzal üzrə seleksiyaçı-məşqçi təyin olunub. Son 4 ildə 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi olmuş mütəxəssis gənc və perspektivli futzalçıların U-19 və əsas milliyə qazandırılması istiqamətində çalışacaq. O, U-19-la 3 dəfə Avropa çempionatının əsas mərhələsində iştirak edib.
Qeyd edək ki, Əzimov uzun müddət Azərbaycan millisinin oyunçusu olub və ölkənin aparıcı klublarında forma geyinib.
0
0