Hazırda PSJ-nin sükanı arxası postunu tutan ispan futbol məşqçisi Luis Enrike özünü İngiltərə Premyer Liqasında sınamaq istədiyini açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
“Premyer Liqada çalışmaq istərdim. PSJ-yə keçməmişdən əvvəl oradan təkliflər almışdım. Amma indi bütün fikirlərim Paris komandası ilə bağlıdır. Fransız dilini öyrənirəm, bu mənim əsas motivasiyalarımdan biridir. Mən özümü bu mədəniyyətə qərq etmək istəyirəm”, – ispaniyalı mütəxəssis deyib.
Xatırladaq ki, Enrike ötən yay PSJ-nin baş məşqçisi vəzifəsinə keçib. Daha əvvəl Luis İspaniya millisini, Kataloniya “Barselona”sını və “Roma”nı çalışdırıb.