Kloppdan növbəti rekord
22.10.2023 - 12:47
Kloppdan növbəti rekord

Yurgen Klopp daha bir rekorda sahib olub.

Apasport.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 9-cu turunda "Liverpul" "Everton"a 2:0 hesabı ilə qalib gəlib.

Bu “qırmızılar”ın baş məşqçisi Yurgen Kloppun Mersisayd derbisində sayca doqquzuncu qələbəsi olub. Bununla da 56 yaşlı alman mütəxəssis 8 qalibiyyətə sevinən Rafael Benitezi qabaqlayaraq rekordun sahibi olub.

Qeyd edək ki, sözügedən matçda “Liverpul”un hər iki qoluna Məhəmməd Salah imza atıb.

writer photo
Əlirza Əlirzalı
0