AKAF prezidenti və Çad Olimpiya Komitəsinin baş katibi arasında görüş keçirilib
19.10.2024 - 12:49
AKAF prezidenti və Çad Olimpiya Komitəsinin baş katibi arasında görüş keçirilib

Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKAF) prezidenti Anar Quliyev və Çad Kamandan Oxatma Federasiyasının prezidenti, Çad Olimpiya Komitəsinin baş katibi Nquelet Kolombe arasında məhsuldar görüş keçirilib.

Apasport.az xəbər verir ki, bu barədə AKAF-ın mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı iki ölkə arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə qurulacaq əlaqələrin inkişaf perspektivləri və kamandan oxatma üzrə mümkün layihələr müzakirə edilib.

writer photo
Əlirza Əlirzalı
0