“Roma”nı “Yuventus”a dəyişir
03.07.2022 - 21:24
“Roma”nı “Yuventus”a dəyişir

“Yuventus” “Roma”nın yarımmüdafiəçisi Nikolo Zaniolonu transfer etməyə yeganə namizəddir.

Apasport.az saytının məlumatına görə, Turin klubu mümkün keçidlə bağlı futbolçunun özü ilə prinsipial razılığa gəlib.

İndi qalır “Roma” ilə ortaq məxrəcə gəlmək. Paytaxt təmsilçisi aparıcı oyunçularından birini ucuz qiymətə göndərməyə maraqlı deyil. “Canavarlar” İtaliya millisinin üzvünün transferindən 50 milyon avro qazanmağı planlaşdırır.

Qeyd edək ki, 2018-ci ildən “Roma”nın formasını geyinən 23 yaşlı Zaniolonun müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
 

writer photo
Əlirza Əlirzalı
0