Aleksey Tarabrin: “Qarabağ” uduzmayacaq”
14.02.2023 - 12:10
Aleksey Tarabrin: “Qarabağ” uduzmayacaq”

“Qarabağ” – “Gent” oyununu təkcə komandaların azarkeşləri deyil, həm də proqnozsevərlər səbirsizliklə gözləyir.

Apasport.az saytının məlumatına görə, Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq matça proqnoz açıqlanıb.

Daha bir ekspert Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya variantını təklif edib. Ehtiyatlı davranan Aleksey Tarabrin ikili mərcə üstünlük verib:

Azərbaycan klubu Avropa Liqasının qrupunda xoş təəssürat yaratdı. Amma son turlarda bir az bəxti gətirmədiyi üçün aşağı səviyyəli turnirə düşdü. Milli çempionatda da işləri yaxşı gedən “Qarabağ” beş xallıq fərqlə liderdir.

“Gent” qrupda 1-ci yeri tutan “Yurqorden”lə hər iki matçda uduzdu. Belçikalılar yalnız “Molde” ilə son tutun matçındakı əyani dueldə pley-offa vəsiqəni qopardı. Belçika çempionatında isə komanda yalnız 5-ci yerdədir.

Qış transfer pəncərəsində “Qarabağ” ən yaxşı bombardirlərindən biri Ovusu Kvabenanı itirdi. O, cari mövsüm avrokuboklarda 5 qol vurmuşdu. “Gent” isə azarkeşlərini məhsuldarlığı ilə sevindirə bilmir. Yəqin ki, qarşıdakı dueldə də bol qol görməyəcəyik. Son 13 rəsmi matçda uduzmayan ağdamlılar 8 qələbə və 5 heç-heçə etdiyindən nəticədə də üstünlüyü onlara verirəm. Bütün bunları nəzərə alıb 1,87 əmsallıq mərci məqsədəuyğun sayıram.

Proqnozum: 1X və 3,5 Alt
 

writer photo
Əlirza Əlirzalı
0