"Trabzonspor"da Nvakaeme problemi
18.01.2024 - 14:33
"Trabzonspor"da Nvakaeme problemi

"Antoni Nvakaemenin xərclərini qarşılamaq bizim üçün mümkünsüzdür".

Apasport.az xəbər verir ki, "Trabzonspor"un prezidenti Ərtoğrul Doğan "Əl-Fayha"da çıxış edən nigeriyalı futbolçunun "bordo-mavili" komandaya transferi ilə bağlı yayılan xəbərlə bağlı açıqlama verib.

Ərtoğrul Doğan komandanın əcnəbi limitinin dolu olduğunu bildirib: “Limitdən əlavə, Nvakaemenin komandası ilə müqaviləsi mövsümün sonunda başa çatacaq və onun hazırki transfer dəyəri çox bahadır. Bu baxımdan bizim üçün futbolçunu yenidən komandamıza qatmaq çox çətindir. Hətta deyə bilərəm ki, bu mümkün deyil".

Qeyd edək ki, 34 yaşlı futbolçunun 2021-2022 mövsümünün sonunda Qaradəniz təmsilçisi ilə müqaviləsi başa çatıb.

writer photo
Əlirza Əlirzalı
0