“Alkmaar”a Azərbaycandan şərik
03.02.2023 - 15:13
“Alkmaar”a Azərbaycandan şərik

Ardıcıl oyunlarda 2,5 Üst qol vuran klubların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvələ “Blau-Vayss” başçılıq edir.

Avstriyanın 1-ci liqa təmsilçisi son 6 qarşılaşmada üç və ya daha çox qol vurub. Çexiya yüksək liqasında 5 turdur məhsuldarlıq göstərən “Slaviya” ikinci sırada qərarlaşıb.

Üçüncü sırada iki komanda yer alıb. “Şkupi” (Şimali Makedoniya) və “Uoterford” (İrlandiya) son 4 görüşdə fərdi 2,5 Üst-ə imza atıb.

“Top-5”də son sırada “Alkmaar” qərarlaşırdısa, artıq Niderland klubunun Azərbaycandan şəriki çıxıb. “Qarabağ” Premyer Liqadakı son üç qarşılaşmada 3 qol vurub.

Ağdamlılar ötən ilin son matçında “Səbail”ə 3:0 hesabı ilə qalib gəlib. Qurban Qurbanovun yetirmələri bu il öncə “Turan Tovuz”u 3:2, ardınca “Şamaxı”nı 3:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, Ağdam klubu XXI turda “Kəpəz”in qonağı olacaq.

writer photo
Əlirza Əlirzalı
0