“Almaniyada qol vurmaq “Qarabağ”ın gücünə görədir” – MÜTƏXƏSSİS
06.09.2022 - 10:55
“Almaniyada qol vurmaq “Qarabağ”ın gücünə görədir” – MÜTƏXƏSSİS

Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq “Qarabağ” Almaniyada “Frayburq”un qonağı olacaq.

Apasport.az saytının məlumatına görə, futbol eksperti Stanislav Roqaçov sentyabrın 8-də baş tutacaq qarşılaşmaya proqnoz verib.

Mütəxəssis görüşə ikili mərc etməyi düzgün sayır:

Komandalar indiyədək heç bir rəsmi matçda görüşməyib. “Frayburq” meydan sahibidir. Almaniya klubu aşkar favorit hesab olunur.

“Frayburq” mövsümün startında əla formadadır. “Braziliyalılar” Bundesliqanın 5 turunda 4 qələbə qazanıb.

“Frayburq” yalnız Dortmund “Borussiya”sına uduzub. Buna görə də Avropa Liqasının startında bu komandadan qələbə gözləmək məntiqlidir.

Amma “Frayburq”un rəqibi də təcrübəli döyüşçüdür. Almaniyalı rəqibinin qapısına qol vurmaq “Qarabağ”ın gücünə görədir. Azərbaycan çempionu bunu hətta səfərdə edə bilər.

Proqnozum: 1 və Q/Q
 

writer photo
Əlirza Əlirzalı
0