Montella Türkiyə millisi üçün İstanbulda
20.09.2023 - 18:33
Montella Türkiyə millisi üçün İstanbulda

Stefan Kuntzla yollarını ayıran Türkiyə Futbol Federasiyası qısa müddət ərzində millinin yeni baş məşqçisini müəyyən edəcək.

49 yaşlı italyan məşqçi Vincenzo Montella federasiya rəhbərliyi ilə görüşmək üçün artıq Türkiyəyə gəlib. Razılıq əldə olunarsa, Montella ilə 3 illik müqavilə imzalanacaq.


Son 2 mövsümü "Adana Dəmirspor"da keçirən Montella daha əvvəl "Roma", "Kataniya", "Fiorentina", "Sampdoriya", "Milan" və "Sevilya"nın çalışdırıcısı olub.


Siyahıdakı digər namizədlər isə Abdullah Avcı, Fatih Terim, Sergen Yalçın və Yoahim Lövdür. Montella ilə razılıq əldə olunmasa, bu mütəxəssislərlə danışıqlar başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0