Vitse-prezident təsdiqlədi: Şkrinyarla müqavilə imzalanacaq
08.11.2022 - 10:22
“İnter” aparıcı futbolçusu Milan Şkrinyarla yeni müqavilə ilə bağlı danışıqları davam etdirir.
Apasport.az saytının məlumatına görə, bunu “neradzurra”nın vitse-prezidenti Xavyer Zanetti açıqlayıb.
O bildirib ki, Slovakiya millisinin üzvü ilə sözləşməni uzatmaq niyyətindədirlər. Zanetti 27 yaşlı mərkəz müdafiəçisi ilə yaxın vaxtlarda sənədləşmə işlərini yekunlaşdıracaqlarını düşünür. Futbolçunun xidmətində PSJ maraqlıdır.
Qeyd edək ki, Milan Şkrinyarın “İnter”lə müqavilə müddəti mövsümün sonuna qədərdir.
0
0