Alkantara 6 həftə oynamayacaq
09.08.2022 - 16:42
Alkantara 6 həftə oynamayacaq

“Liverpul” yarımmüdafiəçisi Tyaqo Alkantaranın xidmətindən məhrum olub.

Apasport.az saytının məlumatına görə, ispan futbolçu Premyer Liqanın I turunun “Fulhem”lə görüşündə zədələnib.

Alkantara 6 həftə meydanlardan kənar qalacaq. Bu da onun Premyer Liqanın növbəti altı turunu buraxması deməkdir. Onun zədələndiyi qarşılaşma 2:2 hesabı ilə nəticələnib.

Qeyd edək ki, Tyaqo ötən mövsüm 39 matçda forma geyinib. O, bu görüşlərdə 2 qola imza atıb.

writer photo
Əlirza Əlirzalı
0