Pike 50 milyon avrodan imtina etdi
04.11.2022 - 11:55
Pike 50 milyon avrodan imtina etdi

Müdafiəçi Jerar Pikenin “Barselona” ilə müqaviləsinə xitam verilməsinin təfərrüatları məlum olub.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu sonrakı iki il ərzində ona ödənilməli olan 50 milyon avrodan imtina edib.

Dünən karyerasını bitirmək qərarına gəldiyini açıqlayan 35 yaşlı mərkəz müdafiəçisi noyabrın 6-da La Liqanın XIII turunda “Almeriya” ilə “Nou Kamp”dakı matçda sonuncu dəfə “Barselona” forması geyinəcək və azarkeşlərlə vidalaşacaq.

Qeyd edək ki, Jerar Pike 2008-ci ildən “Barselona”nın şərəfini qoruyur.

writer photo
Əlirza Əlirzalı
0