“Antalyaspor”un gözü “Qarabağ”da
20.05.2023 - 17:06
“Antalyaspor”un gözü “Qarabağ”da

“Qarabağ”ın futbolçusu Leandro Andrade yayda Ağdam klubunu tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, Kadi Borqesin “Krasnodar”ın transferindən sonra əsas heyətdə möhkəmlənən yarımmüdafiəçi xarici klubların maraq dairəsinə düşüb.

Onun xidmətində Türkiyənin bir neçə komandası da maraqlıdır. Bu klublar arasında “Antalyaspor” da var.

Super Liqa təmsilçisinin məşqçilər korpusu kabo-verdelini sərəncamında görmək istəyir. Antalya klubu daha çox gənc və özünü sübut etməyə çalışan oyunçularla maraqlandığından Andrade də belə futbolçular siyahısına düşüb.

Bu keçid artıq yayda baş tuta bilər. “Antalyaspor”un mövsümün sonunda Andrade üçün “Qarabağ”la ilkin təmasa keçəcəyi gözlənilir.

Qeyd edək ki, Leandro Ağdam klubunda 41 oyunda 9 qol vurub. 2022-ci il yanvarın 13-də Bolqarıstanın “Çerno More” klubundan “Qarabağ”a keçən 23 yaşlı futbolçunun Ağdam klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0