Finala Fransa və Argentinanın oyununu idarə etmiş hakim təyin olundu
15.12.2022 - 21:13
Polşalı referi Şımon Marçinyak bazar günü "Luseyl" stadionunda Argentina və Fransa arasında keçiriləcək dünya çempionatının final matçının hakimi təyin edilib.
Apasport.az xəbər verir ki, polşalı hakim oyunun yüksək reytinqli hakimləri arasındadır və indiyə qədər Fransa – Danimarka qrup mərhələsi və Argentina – Avstraliya 1/8 final oyunlarını idarə edib.
Qeyd edək ki, 41 yaşlı mütəxəssis 2018-ci ildə UEFA Superkubokunun finalında Madrid klublarının – "Real" və "Atletiko" arasında keçirilən oyunda baş hakim olub.
0
0