"Böyük dəbilqə"də ilk medalı Tçkayev aldı
04.02.2024 - 10:29
"Böyük dəbilqə"də ilk medalı Tçkayev aldı

Cüdo üzrə "Böyük dəbilqə" turniri davam edir.

Apasport.az xəbər verir ki, Parisdə keçirilən bu mötəbər yarışda azərbaycan atletləri də öz bacarıqlarını nümayiş etdirir.

Yarışın dünən baş tutan ikinci günündə Azərbaycan millisinin 4 üzvü tatamı üzərinə çıxıb.
Çüdoçularımız iki çəki dərəcəsində (73 və 81 kq) öz qüvvələrini sınayıblar.
Təmsilçilərimizdən Zelim Tçkayev yalnız finalda məğlub olaraq gümüş medal qazanıb. 81 kq çəki dərəcəsində mübarizə aparan atletimiz həlledici görüşdə belçikalı Matias Kasse ilə bacara bilməyib.

Qeyd edək ki, yarışın ilk günündə tatamiyə çıxan cüdoçularımız medal qazanmayıb.

writer photo
Əlirza Əlirzalı
0