APA “Xatirə kuboku”nun finalında
04.06.2023 - 16:27
APA “Xatirə kuboku”nun finalında

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunmuş futzal üzrə “Xatirə kuboku”nda 1/2 final mərhələsinin oyunları keçirilib.

APA xəbər verir ki, "Səs” Media Qrupunun təşəbbüsü ilə KİV arasında keçirilən yarışda APA Group komandası uğurlu çıxışını davam etdirib.

APA Group finala vəsiqə uğrunda görüşdə ATV ilə qarşılaşıb. 4:3 hesabı ilə qalib gələn APA finala yüksəlib.

1/2 final
APA Group - ATV - 4:3
AzTV – ARB TV- 2:0

Bu matçlardan sonra finalçılar bəlli olub. APA Group həlledici matçda AzTV ilə qarşılaşacaq. ATV və ARB TV isə üçüncü yer uğrunda mübarizə aparacaq.

Oyunlar iyunun 10-da keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0