“Araz-Naxçıvan” İsveç çempionuna uduzdu
26.10.2022 - 22:19
“Araz-Naxçıvan” İsveç çempionuna uduzdu

“Araz-Naxçıvan” futzal üzrə Çempionlar Liqasında mübarizəyə başlayıb.

Apasport.az saytının məlumatına görə, yarışa əsas mərhələdən qoşulan Azərbaycan çempionu Bosniya və Herseqovinanın Mostar şəhərində təşkil olunan 5-ci qrupun ilk “Orebro” ilə üz-üzə gəlib.

Cari mövsümə ilkin mərhələdən başlayan İsveç çempionu ilə bacarmayan təmsilçimiz 2:5 hesabı ilə uduzub. Çempionumuzun qollarına  Vitinyo və Ramiz Çovdarov imza atıb.

Qeyd edək ki, Naxçıvan klubu qrupda növbəti oyununu sabah Serbiyanın “Loznika Qrad-2018” komandasına qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

writer photo
Əlirza Əlirzalı
0