"Araz-Naxçıvan" səfərdə qələbə qazanıb - YENİLƏNİB
30.08.2024 - 21:54
"Araz-Naxçıvan" səfərdə qələbə qazanıb - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında 5-ci tura start verilib.

Apasport.az xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edib.

Mehdi Hüeynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səsləndirilib.

Matç qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 0:1. 

Misli Premyer Liqası
V tur

30 avqust

20:00 "Sumqayıt" – "Araz-Naxçıvan" 0:1

Qol: M. Kuzmanoviç, 53
Baş hakim: Cavid Cəlilov
Mehdi Hüeynzadə adına Sumqayıt şəhər stadionu

"Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 11. Fernando Da Silva, 9. Nikola Vuynoviç, 23. Cordan Rezabala

Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 3. Slaviça Radoviç, 99. Silvanus Nimeli, 60. Tresor Mossi

Baş məşqçi: Samir Abasov

"Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 7. Ülvü İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 57. Elcan Məmmədov, 10. Bernardo Dias

Məşqçi: Rasim Ramaldanov

writer photo
Əlirza Əlirzalı
0