“Mançester Siti” Uolkerə yeni müqavilə göndərdi
26.06.2023 - 22:56
“Mançester Siti” Uolkerə yeni müqavilə göndərdi

“Mançester Siti” Kayl Uolkerin komandada qalmasına çalışır.

Apasport.az-ın məlumatına görə, “şəhərlilər” təcrübəli müdafiəçiyə yeni müqavilə təklif edib.

Uolkerin “şəhərlilər”lə müqaviləsi gələn ilin iyununda bitəcək. “Bavariya”dan sərfəli təklif alan müdafiəçi karyerasını Almaniyada davam etdirməyi arzulayır. Klub 33 yaşlı futbolçunun agentinə yeni müqavəlini detallarını təqdim edərək, onun razılığını almağa çalışır. 

Qeyd edək ki, 2022/23 mövsümündə Uolker “Mançester Siti”nin heyətində bütün turnirlərdə 38 matçda meydana çıxıb.
 

writer photo
Əlirza Əlirzalı
0