Türkiyə millisində növbəti itki
01.06.2024 - 14:34
Türkiyə millisində növbəti itki

Türkiyə millisinin üzvü Enes Ünal Avropa çempionatını buraxacaq.

Apasport.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, 27 yaşlı hücumçu məşq zamanı zədələndiyi üçün heyətdən çıxarılıb. O, Almaniyada keçiriləcək turnirdə komandasına kömək edə bilməyəcək.

Daha əvvəl “Fənərbaxça”nın müdafiəçisi Çağlar Söyüncü eyni səbəbdən heyətdən çıxarılmışdı.

Qeyd edək ki, Türkiyə millisi Portuqaliya, Çexiya və Gürcüstanla birlikdə F qrupunda mübarizə aparacaq.

writer photo
Əlirza Əlirzalı
0