"Araz-Naxçıvan"ın 2 futbolçusu məşqləri buraxıb
05.03.2024 - 14:32
"Araz-Naxçıvan"ın 2 futbolçusu məşqləri buraxıb

"Araz-Naxçıvan"ın iki futbolçusu Orxan Əliyev və Aksel Nqando yüngül zədə səbəbindən bu gün keçirilən məşqdə iştirak etməyiblər.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onların Azərbaycan Premyer Liqasının 26-cı turunda keçiriləcək “Turan Tovuz”la matça hazır olub-olmayacaqları qarşıdakı günlərdə məlum olacaq.

Qeyd edək ki, “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu martın 10-da, saat 15:30-da Tovuz şəhər stadionunda keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0