“Araz-Naxçıvan”ın futbolçusunun durumu açıqlandı
16.11.2023 - 20:13
“Araz-Naxçıvan”ın futbolçusunun durumu açıqlandı

“Araz-Naxçıvan”ın futbolçusu İsmail Azzauinin durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Legioner fərdi məşqlərlə kifayətlənir. Buna səbəb yarımmüdafiəçinin köhnə zədəsini yeniləməsidir. Komandanın həkimi Anar Nəsibov onun 3 gündən sonra kollektiv məşqlərə qoşula biləcəyini bildirib.  

Qeyd edək ki, milli komandanın oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar 3 günlük istirahətə buraxılan “Araz-Naxçıvan” ardınca məşqləri Bakı Olimpiya Stadionun ehtiyat meydanında gerçəkləşdirir.
 

writer photo
Əlirza Əlirzalı
0