“Araz-Naxçıvan”ın yeni legioner planı 
18.07.2023 - 16:46
“Araz-Naxçıvan”ın yeni legioner planı 

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Araz Naxçıvan” heyətinə daha bir legioner futbolçu qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Naxçıvan təmsilçisi Numan Kurdiçə elçi düşüb. 

24 yaşlı müdafiəçi Belçikada “Molenbek”in formasını geyinir. Futbolçunun özü də Azərbaycanda çıxış etməyə razılıq verib. 

Lakin onun indiki klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatması keçidə əngəl törədə bilər. Transfer baş tutsa, “Araz Naxçıvan” bosniyalı ilə bir illik müqavilə imzalayacaq.

Qeyd edək ki, müdafiəçi “Sarayevo”, “Novi Pazar”, “Kukesi” klublarının formasını geyinib.

writer photo
Əlirza Əlirzalı
0