“Mançester Yunayted” “Barselona”yla danışıqlara başladı
01.06.2022 - 23:23
“Mançester Yunayted” “Barselona”yla danışıqlara başladı

Frenki de Yonqu transfer etmək niyyətində olan “Mançester Yunayted” “Barselona” ilə danışıqlara başlayıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu yarımmüdafiəçinin keçidini bu yay gerçəkləşdirmək niyyətindədir.

İspaniyalılar futbolçusu üçün 85 milyon avro tələb edir. Premyer Liqa təmsilçisi bu rəqəmi aşağı salmaq üçün müzakirələr aparır.

De Yonqun özü isə “Barselona”da qalmağa ümidlidir. Lakin “Barselona”nı təzyiq altında saxlayan maliyyə problemləri bu keçidin reallaşmasına təkan verə bilər.

Qeyd edək ki, Frenki 2019-cu ildə “Ayaks”dan “Barselona”ya keçib.
 

writer photo
Əlirza Əlirzalı
0