"Qarabağ" çox vacib matça çıxacaq”.
Bunu apasport.az saytına "Qarabağ"ın sabiq futbolçusu Artim Şakiri deyib.
Şimali makedoniyalı Ağdam klubunun Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə qarşılaşması barədə fikirlərini bildirib: “Qurban Qurbanovun komandası hər zaman avrokuboklarda uğurlu nəticə qazana bilir. Fikrimcə, "Qarabağ" "Gent"lə görüşlərdə də istədiyi nəticəni qazana biləcək. Ağdam təmsilçisi Belçikadakı görüşöncəsi Bakıda sərfəli nəticə qazanmağa çalışacaq. Məncə, "Qarabağ" bugünkü matçda 100 faiz qələbə qazanacaq. Hər halda, ilk dəfə deyil ki, "Qarabağ" avrokuboklarda oynayır. Mən elə fikirləşirəm ki, onlar "Gent"i keçərək avrokuboklarda yoluna davam edəcək. Təbii ki, sabiq komandama azarkeşlik edəcəm və istədikləri nəticəni qazanacaqlarına inanıram".
Qeyd edək ki, bu gün keçiriləcək “Qarabağ” – “Gent” oyunu saat 21:45-də başlayacaq.