ATFF İcraiyyə Komitəsinin iclası keçirildi
19.01.2024 - 16:18
ATFF İcraiyyə Komitəsinin iclası keçirildi

Azərbaycan Tələbə Futbol Federasiyası (ATFF) İctimai Birliyi İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. 

ATFF-nin prezidenti Firudin Qurbanov tələbə futbolunun 2023-cü il mövsümünün yekunlarına dair çıxış edib.

O, gündəlikdə olan əsas məsələlər barədə fikirlərini bildirib, federasiyanın 2021/2025-ci illər İnkişaf Konsepsiyasının müddəaları ilə bağlı zəruri məsələlərə toxunub, tələbə futbolunda görülmüş işləri və həyata keçirilməsi vacib olan tədbirləri qeyd edib.

Daha sonra ATFF-nin icraçı direktoru Elnur Abdullayev 2023-cü il ərzindəki fəaliyyət haqqında federasiyanın hesabatını təqdim edib. Baş katib Lətif Novruzov ilk dəfə ölkəmizdə keçirilən Azərbaycan Tələbə Liqasının ötən ildəki fəaliyyətinin yekun hesabatını səsləndirib.

İclasda gündəlikdə duran cari məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. 

Sonda Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş tələbələr arasında futzal turnirin keçirilməsi üçün hazırlıq işlərinə başlanılması qərara alınıb.

writer photo
Əlirza Əlirzalı
0