Yay transfer pəncərəsində ən çox pul xərcləyən klublar bəlli olub.
Apasport.az saytının məlumata görə, siyahıya "Çelsi" başçılıq edir.
London təmsilçisi yeni futbolçuların transferi üçün 464 milyon avro xərcləyib.
İkinci yerdə Səudiyyə Ərəbistanının “Əl Hilal” klubu qərarlaşıb. “Üçlüy”ü isə Fransa PSJ-si qapayır.
“Çelsi” - 464 milyon avro
“Əl Hilal” - 353 milyon avro
PSJ - 350 milyon avro
"Tottenhem" - 249 milyon avro
“Mançester Siti” - 241 milyon avro
“Arsenal” - 235 milyon avro
“Mançester Yunayted” - 207 milyon avro
“Əl Əhli” - 194 milyon avro
"Liverpul" - 172 milyon avro
"Əl Nəsr" - 165 milyon avro