Avarçəkənimiz Dünya Kubokunda
15.06.2022 - 20:42
Avarçəkənimiz Dünya Kubokunda

İyunun 16-19-da Polşanın Poznan şəhərində akademik avarçəkmə üzrə Dünya Kubokunun II mərhələsi keçiriləcək.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyasından sonra avarçəkmə üzrə ilk Dünya Kubokuna qatılacaq Azərbaycanı yarışda Bəhmən Nəsiri təmsil edəcək. 

İdmançımız 1 nəfərlik qayıqla 2000 m məsafəyə yarışlarda qüvvəsini sınayacaq.

Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş I mərhələ (27-29 may) ilə müqayisədə Poznanda daha çox - 36 ölkədən 600-dən artıq idmançı mübarizə aparacaq. 2019-cu ildən bu yana ilk dəfə olaraq Avstraliya, Yeni Zelandiya, ABŞ və Kanadadan olan komandalar kifayət qədər geniş heyətlə Dünya Kubokuna qatılacaqlar. Polşada ən böyük heyətlə isə Almaniya komandası iştirak edəcək - 23 qayıq.

Reqlamentə əsasən, Dünya Kubokunun qalibləri III mərhələnin yekununa əsasən müəyyənləşəcək. Yarışların III mərhələsi 8-10 iyul tarixlərində İsveçrənin Lutsern şəhərində baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0