Premyer Liqa klubu 4 futbolçusunu heyətində saxladı
20.12.2022 - 18:32
Premyer Liqa klubu 4 futbolçusunu heyətində saxladı

“Mançester Yunayted” dörd futbolçusu ilə müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi oyunçuların müqaviləsindəki uzadılma bəndini aktivləşdirib.

Dioqo Dalot, Lük Şou, Fred və Markus Reşford daha bir il Premyer Liqa təmsilçisində qalacaq. Bu oyunçuların müqavilələri 2023-cü ilin yayında bitməli idi. Sözləşmələr uzadıldıqdan sonra onlar 2023/24 mövsümünün sonunadək “qırmızı şeytanlar”ın sıralarında olacaq. Premyer Liqa təmsilçisi bu futbolçularla yeni daha uzunmüddətli anlaşmalar barədə danışıqlara da start verib.

Qeyd edək ki, “Mançester Yunayted” müqaviləsi yayda başa çatacaq futbolçulardan yalnız qapıçısı David de Xea ilə bağlı qərar verməyib.

writer photo
Əlirza Əlirzalı
0