Avropa çempionatında 1 gümüş və 2 bürünc medal
29.06.2022 - 22:02
Avropa çempionatında 1 gümüş və 2 bürünc medal

Azərbaycanın daha 3 yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada U-20 Avropa çempionatını medalla başa vurub. 

Apasport.az saytının məlumatına görə, Nihat Məmmədli (60 kq) medal uğrunda görüşdə isveçli İlyas Ayhana qalib gəlib - 6:0.

Kənan Abdullazadə (67 kq) də qitə çempionatını 3-cü yerdə bitirib. O, bürünc medal uğrunda mübarizədə israilli Şon Nadergindən güclü olub - 6:1.

Qurban Qurbanov (72 kq) isə finalda macar Attila Toesmaqiylə üz-üzə gəlib. Rəqibinə minimal fərqlə (1:2) uduzan Qurban gümüş medalı boynundan asıb.

Beləliklə, yunan-Roma güləşçiləri Avropa çempionatında ümumilikdə 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

writer photo
Əlirza Əlirzalı
0