Türkiyənin Antalya şəhərində keçirilən müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatı sona çatıb.
Apasport.az saytının məlumatına görə, 12 yaşlı oğlanların yarışında Azərbaycan şahmatçısı Əhməd Xaqan 9 oyundan 7 xal toplamaqla gümüş medal qazanıb.
Bu kateqoriyada həmyerlimizi yarım xal qabaqlayan polşalı Patrik Cieslak qızıl medalçı olub.
Daha bir mükafatı xanım şahmatçımız əldə edib. 10 yaşlı qızların yarışında Leyla Mirzəliyeva 7 xal toplamaqla üçüncü yeri tutub və bürünc medala layiq görülüb.
Qeyd edək ki, Avropa çempionatında ümumilikdə 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparıb.