Avropa Oyunlarında taekvondoçular üçün son püşk
25.06.2023 - 19:20
Avropa Oyunlarında taekvondoçular üçün son püşk

Polşada keçirilən Avropa Oyunlarının taekvondo yarışlarında son günün püşkü atılıb. 

Apasport.az saytının məlumatına görə, iyunun 26-da dayanq üzərinə çıxacaq Azərbaycan millisinin idmançısı Taleh Süleymanovun (87 kq) da ilk rəqibləri bəlli olub. 

O, 1/8 finalda yunanıstanlı Aleksander Baçmanla üz-üzə gələcək. Taekvondoçumuz mərhələ adlayacağı halda Raul Qarsiyaya (İspaniya) rəqib olacaq.  

Qeyd edək ki, milli komandamızın hesabında hələlik 2 medal var. Səyyad Dadaşov (54 kq) gümüş, Qasım Maqomedov (58 kq) bürünc mükafat əldə edib.
 

writer photo
Əlirza Əlirzalı
0