Aleksis Sançesin karyerası şübhə altında
09.09.2023 - 15:37
Aleksis Sançesin karyerası şübhə altında

Aleksis Sançes Çili millisinin qarşıdakı oyunlarını buraxacaq.

Apasport.az saytı xəbər verir ki, həkimlər 34 yaşlı futbolçunun anemiya xəstəsi olmasından şübhələnirlər.

İtaliya “İnter”inin də şərəfini qoruyan forvarddan təkrar testlər götürüldüyü bildirilir. Çililinin ilk testləri qırmızı qan hüceyrələrinin sayının normadan aşağı olduğunu göstərib. 

Qeyd edək ki, milli komandada 153 matç keçirən Aleksis 51 qolla yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0