İrlandiya millisi başsız qalıb: Namizədlər
14.12.2023 - 17:36
İrlandiya millisi başsız qalıb: Namizədlər

İrlandiya millisinin baş məşqçisi postuna namizədlər bəlli olub.

Apasport.az xəbər verir ki, “Bavariya”nın baş məşqçisi Tomas Tuxelin köməkçisi Entoni Barri bu vəzifəni icra etməyə yaxındır. 

İrlandiya Futbol Federasiyası 37 yaşlı Barri ilə yanaşı Sem Ellardays və Stiv Brusla danışıqları davam etdirir. Federasiya rəhbərliyi sözügedən mütəxəssislərdən biri ilə razılaşma imzalamaqda qərarlıdır.

Qeyd edək ki, Stiven Kennin AVRO-2024-dəki uğursuzluqdan sonra postunu tərk edib.

writer photo
Əlirza Əlirzalı
0