"Fənərbaxça" Avropada liderdir
19.01.2024 - 12:28
"Fənərbaxça" Avropada liderdir

"Fənərbaxça" bu mövsüm bütün turnirlərdə 33 matçda 97 qol vurub.

Apasport.az xəbər verir ki, "sarı-kanarya" bu performansı ilə Avropa nəhənglərini geridə qoyub. 33 oyunda 97 qol vuran Türkiyə təmsilçisi Avropaya liderlik edir. 

29 matçda 85 qol vuran PSV ikincidir. Siyahının üçüncüsü isə 26 matçda 82 qol vuran "Bayer"dir.

Xatırladaq ki, komandanın bombardiri 20 qol vuran Edin Ceko, ikincisi isə 13 qolla Mişi Batşuayidir.

Qeyd edək ki, qolların sayına ən çox töhfə verən digər adlar Sebastian Şimanski (12), İrfan Can Kahveci (11) və Duşan Tadiç (11) olub .

writer photo
Əlirza Əlirzalı
0