“Azərreyl” 1/16 finalda
18.10.2023 - 21:47
“Azərreyl” 1/16 finalda

“Azərreyl” Avropa kuboklarında 1/16 finala yüksəlib.

Apasport.az saytı xəbər verir ki, Azərbaycan çempionu Çağırış kubokunda “Balta”nı məğlub edib.

Bakıda keçən hər iki oyun yerli voleybolçuların üstünlüyü ilə keçib. İlk oyunda 3:0 hesabı ilə qələbə qazanan “Azərreyl” eyni uğuru bu gün də təkrarlayıb.

Qeyd edək ki, “Azərreyl” 1/16 finalda İspaniyanın “Avarka de Menorka” klubu ilə qarşılaşacaq.

Çağırış kuboku
1/32 final, cavab oyunu
18 oktyabr

“Balta” (Ukrayna) - “Azərreyl” (Azərbaycan) – 0:3 (23:25, 15:25, 19:25)
İlk oyun – 0:3
 

writer photo
Əlirza Əlirzalı
0