Bundesliqa klubunun kapitanı Türkiyə millisində çıxış edəcək
19.09.2024 - 13:19
Bundesliqa klubunun kapitanı Türkiyə millisində çıxış edəcək

Bundesliqa təmsilçilərindən "Ştutqart"ın kapitanı Atakan Karazor milli komanda ilə bağlı seçimini edib.

Apasport.az "Sabah"a istinadla xəbər verir ki, Almaniyada doğulmuş 27 yaşlı dayaq yarımmüdafiəçisi Türkiyə yığmasının şərəfini qoruyacaq. 

Təcrübəli futbolçunun Türkiyə vətəndaşlığı alması üçün başladılan prosedur artıq yekunlaşıb. Baş məşqçi Vinçenso Montella dəvət edəcəyi təqdirdə, Karazor "ay-ulduzlular"ın şərəfini qoruyacaq.

Qeyd edək ki, Atakan Karazor 2019-cu ilin yayından "Ştutqart"da çıxış edir. Türk yarımmüdafiəçi bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0