“Azərbaycan yığmasında oynamağa nə hə demişəm, nə də yox. Müzakirə edəcəyimiz çox məqamlar var”.
Apasport.az saytının məlumatına görə, bunu yerli mətbuata Rusiyanın “Ximki” klubunun futbolçusu Ayaz Quliyev deyib.
27 yaşlı yarımmüdafiəçi Azərbaycan millisində oynamaq perspektivinə toxunub: “Həmişə müzakirə edəcəyimizi eşidirəm. Bəlkə də tezliklə olacaq. Amma karyera yığma deyil, klubdakı çıxışa əsasən qurulur. Mümkün keçidimi istisna etmirəm. Amma bunu indiki durumla bağlamazdım. Bu söhbət çoxdan var. Əgər legioner olduqdan sonra Rusiya Premyer Liqasında rəqabət apara bilməyəcəyimi başa düşsəm, bu ayrı məqam olacaq. İlk növbədə mən azərbaycanlıyam. Amma klub karyerama mənfi təsir edəcəksə, keçməyə dəyməz. Çünki klubda oynamasan, milliyə də düşməyəcəksən. Onda bu yığmaya keçməkdə də məntiq olmayacaq”.
Qeyd edək ki, Ayaz 2011-15-ci illərdə Rusiyanın aşağı yaş qruplarında forma geyinib.