Ayxan Abbasov daha 3 il “Turan Tovuz”da
09.03.2023 - 15:10
“Turan Tovuz” baş məşqçisi Ayxan Abbasovla müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.
41 yaşlı mütəxəssislə yeni müqavilə 3 ili əhatə edəcək. Abbasov 2026-cı ilin yayınadək Tovuz təmsilçisini çalışdıracaq. 2022-ci ilin yayından Qərb klubuna rəhbərlik edən mütəxəssis “Turan Tovuz”un tarixində Premyer Liqadakı ilk baş məşqçidir.
Qeyd edək ki, çempionatın debütantı 25 turdan sonra turnir cədvəlində 6-cı pillədə qərarlaşıb, kubokda isə yarımfinala qədər irəliləyərək mübarizəni davam etdirir.
0
0