“Zimbru” klubu Tiraspol “Şerif”i ilə Moldova çempionatının ev oyununda komandanın azarkeşlərinin Rusiya əleyhinə şüarlar səsləndirməsinə görə cərimələnib.
Apasport.az xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb:
"İlk hissənin sonunda "Zimbru" azarkeşləri 2 siyasi məzmunlu pankart asıblar. Həmçinin matç zamanı "Zimbru" azarkeşləri qonaq komandaya qarşı nalayiq şüarlar səsləndirib və "Şerif"in oyunçularına qarşı meydançaya plastik butulkalar atıblar. Bu səbəbdən “Zimbru”ya 30 min ley (1600 dollardan çox) məbləğində cərimə tətbiq olunub”.
Qeyd edək ki, “Zimbru” – “Şerif” matçı aprelin 1-də Kişinyovda keçirilib və qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.