"Fənərbaxça"nın aprelin 2-də keçiriləcək növbədənkənar ümumi yığıncağında liqadan çıxmaq məsələsi gündəmə gələcək.
Apasport.az xəbər verir ki, “Fənərbaxça”-“Trabzonspor” (3:2) matçından sonra baş verən hadisələrdən sonra "sarı-lacivərdlilər"in başqa liqada mübarizə aparması ehtimalı da mövcuddur. Bəs, belə bir halda İstanbul klubu Avropanın hansı liqalarında oynaya bilər?
İngiltərə Premyer Liqası: İngiltərədə klub almaq qərarına gəldikdə, Premyer Liqa rəhbərliyinə pulun mənbəyini və planlarınızı söyləməlisiniz. Məsələn, “Nyukasl Yunayted” aylarla davam edən danışıqlardan sonra ərəblərə satılıb.
İspaniya La Liqası: İspaniya qanunlarına görə, ölkə xaricindən heç bir komanda milli və yerli liqalarda iştirak edə bilməz. Yeganə istisna Andorra komandalarıdır.
Almaniya Bundesliqası: Almaniyada komanda alıb adını dəyişmək mümkün deyil. Qaydalara görə, ən aşağı liqadan başlamaq lazımdır.
İtaliya A Seriyası: İtaliyada klub alış prosesləri Almaniyaya bənzəyir. Birbaşa A Seriyasından başlamaq olmaz.
Fransa Liqa 1: Fransada klublar qeyri-kommersiya birlikləri statusuna malikdir. Son dərəcə sərt prosedurlara riayət etmək şərti ilə kənar şəxsin bu təşkilata qoşulması mümkündür.
Belçika və Hollandiya imkanı: Belçika və Hollandiyanın daha çevik qaydaları var. Bu liqalardan komandaları cəlb etmək 5 böyük liqadan daha asandır, lakin orada da müstəsna şərtlər qəbul edilməlidir.
Qeyd edək ki, martın 17-si, Superliqanın 30-cu turu çərçivəsində keçirilən "Trabzonspor" - "Fənərbaxça" qarşılaşmasında matçın son fiti səsləndikdən sonra "bülbüllər"in sevinci rəqib komandanın azarkeşləri tərəfindən birmənalı qarşılanmayıb. Trabzonlular qələbəni qeyd edən “Fənərbaxça” futbolçularına hücum ediblər. “Trabzonspor” tərəfdarları ilə “Fənərbaxça” oyunçuları arasında çıxan davaya təhlükəsizlik qüvvələri müdaxilə edib.