Braziliya millisini beynəlxalq yarışlardan uzaqlaşdırılmaq təhlükəsi gözləyr. Apasport.az xəbər verir ki, bu addım FİFA tərəfindən atıla bilər.
Braziliya Futbol Konfederasiyasına (CBF) yeni prezidentin seçkilərinə müdaxilə olunacağı təqdirdə bu addım atılacaq.
Son seçkilərdə pozuntulara yol verildiyi qeyd olunub. Ona görə FİFA seçkiləri indi keçirməməyi tövsiyə edib. Lakin federasiya seçkiləri keçirməkdə israrlıdı və bunu növbəti ilin əvvəlində reallaşdırmağı nəzərdə tutub.
FİFA tərəfindən bəyan edilib ki, seçkilərə müdaxilə olarsa, həmin ölkənin milli komandası və futbol klubları bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılacaq.