Ayxan Abbasov: "Həvəsdən düşmək olmaz"
11.11.2023 - 23:16
Ayxan Abbasov: "Həvəsdən düşmək olmaz"

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 13-cü turunda doğma meydanda "Sabah"a 2:3 hesabı ilə məğlub olub. 

Apasport.az əbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyun idi. Matç çox sürətli başladı. Təəssüf ki, ilk qolumuz qeydə alınmadı. Səhvlərdən ucuz qollar buraxdıq. Bundan sonra komanda toparlanıb iki qol vurdu. İlk hissənin sonrarında üçüncü qolu buraxdıq. Fasilədə dəyişikliklər etdik. Bilirdik ki, rəqib bizi əks-hücumda tutacaq. Futbolçular ritmdən düşmədi. Müdafiə planında əskiklərimiz var. Kiçik səhvlər bizə baha başa gəlir. Çempionat davam edir. Xal fərqi bir az açılır. Həvəsdən düşmək olmaz. Stadionda möhtəşəm atmosfer var idi. Azarkeşlərə təşəkkür edirəm.

- Hakimliklə bağlı fikirləriniz necədir?

- Bu gün hakimlik normal idi. 

- Buraxılan qolları necə şərh edərdiniz?

- Fərdi səhvlərdir. Qapıçının da, müdafiəçilərin də səhvi var. 

- Qışda müdafiə xəttinə transfer edəcəksiz?

- Bu gün hücumu düzəltmək istəyiriksə, bəzi risklər alırıq. Müdafiədə fərdi səhvlərdir, taktiki səhvlər olmur. Belə oyunlar vacibdir ki, həmin futbolçular artırsın. Bu səhvləri etmək olmaz. İstəyirik ki, komandada rəqabət olsun. Yeni oyunçular dəvət edə bilərik. Amma bu, gələcəyin işidir.

writer photo
Əlirza Əlirzalı
0