Bundesliqada antirekord və ilk
28.05.2023 - 14:35
Bundesliqada antirekord və ilk

Almaniya Bundesliqasında antirekord qeydə alınıb.

Apasport.az saytı xəbər verir ki, bombardirlər bir mövsümdə vurulan qolların sayına görə zəif göstərici ilə diqqət mərkəzinə düşüblər. 

Siyahıda 1-ci yerə “Verder”in hücumçusu Niklas Füllkruq və “Leypsiq”dən Kristofer Nkunku şərik olublar. Onlar hərəyə 16 dəfə fərqləniblər. Bu da tarixə Bundesliqanın ən zəif nəticəsi kimi düşüb. 

Həmçinin Almaniya çempionatlarında son 20 ildə ilk dəfədir 2 hücumçu mövsümün ən sərrast futbolçusu adına yiyələnib. Sonuncu dəfə 2002/03-cü illər mövsümündə Giovane Elber və Tomas Kristiansen birinci pilləni bölüşüblər.

Qeyd edək ki, Almaniyada “Bavariya” çempion adını qazandı.

writer photo
Əlirza Əlirzalı
0